Lənkəranda ev yanıb - VİDEO

Lənkəranda ev yanıb - <span style="color: red;">VİDEO
# 22 yanvar 2014 08:55 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Azərbaycanın Lənkəran rayonunda fərdi yaşayış evində yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) Lənkəran Rayon Yanğından Mühafizə Hissəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə yanvarın 22-də saat 10.30 radələrində rayonun Şürük kənd sakini, 1934-cü il təvəllüdlü Kinəvəs Xəlil qızı Hüseynovaya məxsus iki mərtəbəli fərdi yaşayış evində qeydə alınıb. Yanğının lokallaşdırılması üçün hadisə yerinə 2 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Onların səyləri nəticəsində yanğının əhatə dairəsinin genişlənməsinin, alov dalğasının qonşu tikililərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmasa da, 110 kvadratmetrlik evin 30 kvadratmetrlik sahəsi içindəki məişət əşyaları ilə birlikdə yanaraq yararsız vəziyyətə düşüb.

İlkin versiya kimi yanğına elektrik naqillərində yaranan qısaqapanmanın səbəb olduğu bildirilir. Hadisənin dəqiq səbəbləri isə ekspertizanın rəyindən sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR