Bakı. Fuad Cəfərov - APA. Azərbaycanda külli miqdarda narkotik vasitə aşkarlanıb.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istindən verdiyi məlumata görə, Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən Cəlilabad rayonunun Şükürlü kəndinin ərazisindən 5 kiloqram tiryək tapılıb və toplanmış materiallarla birgə Cəlilabad Rayon Polis Şöbəsinə göndərilib.