Avropa Birliyi İranın nüvə məsələsi ilə bağlı Cenevrə müzakirələrindən müsbət nəticələr gözləyir

 Avropa Birliyi İranın nüvə məsələsi ilə bağlı Cenevrə müzakirələrindən müsbət nəticələr gözləyir
# 15 oktyabr 2013 11:01 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. «Bu gün İranla «altılıq» ölkələri arasında Cenevrə şəhərində başlayan növbəti nüvə müzakirələrində konstruktiv və müsbət nəticələr əldə olunmasını istəyirəm». APA-nın məlumatına görə, bunu Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə gərə, tərəflər İranın nüvə məsələsinin həlli üçün keçirilən Cenevrə müzakirələrinə əzm və iradə ilə qatılacaqlar.

K.Eşton İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə oktyabrın 14-də İranın İsveçrədəki səfirliyində şam yeməyində görüşdüyünü və rəsmi Tehranın «altılıq» ölkələrinə təkliflərini müzakirələr zamanı təqdim edəcəyini də söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR