Ümumukrayna Tətil Komitəsi yaradılıb

Ümumukrayna Tətil Komitəsi yaradılıb
# 20 yanvar 2014 23:03 (UTC +04:00)

APA-nın “RBK-Ukrayna”-ya istinadən verdiyi xəbərə görə, Komitəyə deputatlar, azad həmkarlar ittifaqları Konfederasiyası, habelə şaxtaçılar, tibb, dəmiryolu işçiləri, sahibkarlar, təhsil və elm işçiləri həmkarlar təşkilatlarının rəhbərliyi və bir sıra digər təşkilatlar daxil olub.

Komitəyə sədr Ukrayna Ali Radasının deputatı S.Kaplin seçilib. İlk iclasda işçi orqanlar, katiblik yaradılıb, Tətil Komitəsinin çap orqanının nəşri haqqında qərar qəbul edilib. Regionlarla, yerli Tətil Komitələri arasında koordinasiya və əməkdaşlıq əlaqələri qurulub .

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR