Urmiyada 8 nəfər edam edilib

Urmiyada 8 nəfər edam edilib
# 28 sentyabr 2013 08:55 (UTC +04:00)

Bakı. Real Cəfərli-APA. İranın Qərbi Azərbaycan vilayətində 8 nəfər edam edilib. APA-nın AZOH-a istinadən verdiyi məlumata görə, onlardan 5 nəfəri kişi, 3 nəfəri qadındır. Məhbuslar narkotik maddələrin qaçaqmalçılığında günahlandırılaraq dara çəkiliblər. Onlar sentyabrın 25-də gecə saatlarında edam edilsələr də, ancaq xəbər indi yayılıb. Edam edilən qadın məhbusların ad və soyadlarını dəqiqləşdirmək mümkün olmayıb. Digər 5 nəfərin ad və soyadı isə Aydın Səlamət, Firuz Mədəni, Rəsul Kolhər, Bəhram Təbəri və Abdullah Qodsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR