Ədliyyə naziri Gəncədə vətəndaşları qəbul edəcək

Ədliyyə naziri Gəncədə vətəndaşları qəbul edəcək
# 25 iyul 2013 14:12 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Gəncə şəhərində vətəndaşları qəbul edəcək.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbul iyulun 30-da keçiriləcək. Qəbulda Gəncə və Naftalan şəhərlərində, Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tərtər və Tovuz rayonlarında yaşayan vətəndaşların, habelə Xocalı və Kəlbəcər rayonlarından olan məcburi köçkünlərin ədliyyə və məhkəmə fəaliyyəti və digər məsələlərlə bağlı müraciətlərinə baxılacaq.

Bildirilib ki, qəbula gəlmək istəyən vətəndaşlar Gəncə regional ədliyyə şöbəsi, habelə Ədliyyə Nazirliyi vasitəsilə qəbula yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR