Azərbaycan Rusiyaya Bakı-Novorossiysk kəmərinin əks istiqamətdə istismarını təklif edəcək

Azərbaycan Rusiyaya Bakı-Novorossiysk kəmərinin əks istiqamətdə istismarını təklif edəcək
# 15 may 2013 13:48 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, kəmərin əks istiqamətdə işləməsi yolu ilə Azərbaycana Rusiya nefti nəql oluna bilər: «Bu neft Bakıda inşa ediləcək yeni neft-kimya kompleksində istifadə oluna, Azərbaycan ərazisində emal edilə və ya digər istiqamətlərə ixrac edilə bilər».

ARDNŞ rəhbəri bildirib ki, hazırda şirkətin müvafiq qurumları kəmərdən istifadə ilə bağlı Rusiya tərəfi ilə müzakirə etmək üçün müxtəlif variantlar üzərində işləyir: «Çalışacağıq ki, hər iki tərəfi qane edən və qazanc gətirən biznes quraq».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR