Nyu-Yorkda məktəb avtobusu təcili tibbi yardım maşını ilə toqquşub: 19 nəfər yaralanıb

Nyu-Yorkda məktəb avtobusu təcili tibbi yardım maşını ilə toqquşub: 19 nəfər yaralanıb
# 10 fevral 2014 09:29 (UTC +04:00)

Bakı – APA. Nyu-Yorkda məktəb avtobusunun təcili tibbi yardım maşını ilə toqquşması nəticəsində 16 məktəbli xəsarət alıb.

APA-nın “The Daily News”a istinadən verdiyi məlumata görə, qəzaya səbəb təcili tibbi yardım maşınının “qırmızı işıq”da hərəkət etməsi olub.

Qeyd edək ki, qəza nəticəsində məktəblilərlə yanaşı təcili tibbi yardım maşınında olan 3 nəfər də xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR