Ali məktəblərin boş qalan yerlərinə ixtisas seçimi davam edir

Ali məktəblərin boş qalan yerlərinə ixtisas seçimi davam edir
# 20 avqust 2013 11:42 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Avqustun 18-dən ali məktəblərin boş qalan (vakant) yerlərinə başlayan ixtisas seçimi davam edir. TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadənin APA-ya verdiyi məlumata görə, bu gün saat 14.30-a qədər 5843 nəfər ixtisas seçimi edib.

Onlardan 1619-u I qrup, 770-i II qrup, 2935-i III qrup, 519-u isə IV qrupa sənəd verən abituriyentlərdir.

Qeyd edək ki, ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinin siyahısı “Abituriyent” jurnalının 7-ci sayında dərc olunub. Həmin yerlərə ixtisas seçimi 22-dək internet vasitəsilə aparılır.

Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas məktəblərinin ixtisaslarının da kodlarını göstərə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR