Bakıda liftdə qalmış şəxs xilas edilib

Bakıda liftdə qalmış şəxs xilas edilib
# 30 noyabr 2013 04:19 (UTC +04:00)

Bakı-APA. Bakının Xətai rayonunda 9 mərtəbəli yaşayış binasının liftində bir nəfər köməksiz vəziyyətdə qalıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, lift elektrik enerjisinin kəsilməsi səbəbindən 5-ci mərtəbədə dayanıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açıb və vətəndaşın liftdən çıxmasına şərait yaradıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR