BANM tələbələri “Halliburton” şirkətində yay təcrübəsi keçəcəklər - FOTO

BANM tələbələri “Halliburton” şirkətində yay təcrübəsi keçəcəklər - <span style="color: red;">FOTO
# 08 may 2015 08:40 (UTC +04:00)

Bakı-APA. Bakı Ali Neft Məktəbində (BANM) “Halliburton” şirkətinin nümayəndələri tərəfindən şirkətdə ödənişli yay təcrübəsi keçmək istəyən «Neft-qaz mühəndisliyi» və «Kimya mühəndisliyi» ixtisasının II və III kurs tələbələri arasında seçimin ilkin mərhələsi keçirilib.

BANM-nin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, məktəbin rektoru Elmar Qasımov Ali Məktəbin tələbələri üçün şirkətdə təcrübə imkanlarının yaradılmasından məmnunluğunu bildirib. O qeyd edib ki, tələbələr nəzəriyyəni təcrübə ilə birləşdirərək, gələcəyin yüksək ixtisaslı kadrları kimi formalaşmaq üçün belə imkanlardan faydalanmalıdırlar. Ali Məktəb öz məzunlarının gələcəkdə karyera uğurları qazanmaları məqsədilə Azərbaycandakı transmilli şirkətlərlə hər zaman sıx əməkdaşlıq edir. E. Qasımov “Halliburton” şirkətinin təmsilçilərinə bu əməkdaşlığa görə təşəkkürünü bildirib və tələbələri bu kimi tədbirlərdə fəal iştirak etməyə çağırıb.

Şirkət nümayəndələri “Halliburton” şirkətində baş tutacaq yay təcrübəsi haqqında təqdimatla çıxış edərək, tələbələrə ətraflı məlumat veriblər. Həmçinin şirkətdə yayda tələbələr üçün ödənişli təcrübə imkanları, müraciət üçün ərizələrin doldurulma qaydaları, iş imkanları haqqında geniş məlumat verilib. Seçimin ilkin mərhələsində şirkət nümayəndələri tələbələri maraqlandıran çoxsaylı sualları cavablandırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR