ARDNF: Çin yuanına investisiya yatırımı ilə bağlı müqavilə iyunda imzalanacaq

ARDNF: Çin yuanına investisiya yatırımı ilə bağlı müqavilə iyunda imzalanacaq
# 01 may 2015 12:58 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. İyun ayında Azərbaycanın Çin yuanına 500 mln. dollar yatırması ilə bağlı müqavilə imzalanacaq.

"APA-Economics"in xəbərinə görə, bunu Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov bu gün keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, hazırda qiymətli kağızların seçilməsi prosesi gedir: "Çin yuanı ilə bağlı uzun bir proses getdi. Bu proses artıq tamamlandı. Neft Fonduna 500 milyon dollar civarında kvota verildi. Biz artıq yuana investisiyalar üzrə müqaviləni imzalamışıq. Bir ay ərzində biz məlumat verəcəyik. İndi qiymətli kağızlar seçilir. Sonra alışlara başlayacağıq. Bu, birinci mərhələ idi. Eyni zamanda, birinci mərhələdə Çin yuanında istiqrazlara investisiyalara başlayırıq”.

Ş. Mövsümov qeyd edib ki, ikinci mərhələdə Çin yuanında səhmlər bazarına da sərmayə qoymağa başlanılacaq: “Bunun üçün yenə də müvafiq prosesdən keçmək lazımdır. Növbəti ay ərzində Azərbaycan hökuməti ilə Çin hökuməti arasında memorandum imzalanmalıdır ki, biz səhm bazarına çıxış əldə edə bilək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR