Dünya birjalarında qızıl 5 dollardan çox bahalaşıb

Dünya birjalarında qızıl 5 dollardan çox bahalaşıb
# 23 iyul 2015 06:27 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Amerika fond bazarında Dow Jones indeksi 0,38% - 17 851,04 bəndədək, NASDAQ 0,70% - 5 171,77 bəndədək, S&P 500 0,24% - 2 114,15 bəndədək azalıb.

APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 1,50% - 6 667,34 bəndədək, Fransa CAC-40-ı 0,47% - 5 082,57 bəndədək, Almaniya DAX-ı 0,72% - 11 520,72 bəndədək azalıb.

COMEX-də sonuncu hərraclarda qızılın bir unsiyasının qiyməti 5,40 dollar artaraq 1 096,90 dollara, gümüş isə 0,07 dollar artaraq 14,80 dollara satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR