Bakıda sürücünün xəsarət alması ilə nəticələnən qəza baş verib - FOTOSESSİYA

Bakıda sürücünün xəsarət alması ilə nəticələnən qəza baş verib - <span style="color: red;">FOTOSESSİYA
# 29 aprel 2015 04:55 (UTC +04:00)

Bakı. Fərahim Qasımov-APA. Paytaxtın Nəsimi rayonunda sürücünün xəsarət alması ilə nəticələnən qəza baş verib. APA-nın məlumatına görə, hadisə Füzuli küçəsində qeydə alınıb.

Baş verən qəza zamanı İmqanqulu Xəlilovun sükanı arxasında olduğu "Mercedes" markalı minik maşını ilə Talışxan Əkbərovun idarə etdiyi "London taksisi" toqquşub. Nəticədə "Mercedes"in sürücüsü İmqanqulu Xəlilov baş nahiyəsindən xəsarət alıb. Əraziyə təcili yardım çağırılıb. Yaralıya ilkin yardım göstərildikdən sonra xəstəxanaya aparılıb.

Qəza yerinə gələn Nəsimi Rayon Polis İdarəsinin əməkdaşların apardığı müayinələrdən sonra, qəza ilə bağlı ilkin səbəb müəyyən edilib.

Qəzanın dəqiq səbəbləri müvafiq ekspertizaların verəcəyi rəydən, eləcə də ərazidə olan müşahidə kameralarının görüntülərinə baxış keçirildikdən sonra bəlli olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR