Rouminq mükafat proqramı “Nar Mobile” abunəçilərinə uçuş xalları qazandırır

Rouminq mükafat proqramı “Nar Mobile” abunəçilərinə uçuş xalları qazandırır
# 26 sentyabr 2014 08:58 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. “Azərfon” şirkəti (“Nar Mobile” ticarət markası) mobil operatorunun xaricə səyahət edən abunəçilər üçün təqdim etdiyi eksklüziv xidmət - Rouminq mükafat proqramı davam edir.

Proqrama əsasən, xaricə səyahət edən “Nar Mobile” abunəçiləri istifadə etdikləri rouminq xidmətinə görə mobil operator tərəfindən uçuş xalları qazanırlar. Mobil operatorun rouminq xidmətindən daha çox istifadə edən abunəçilər topladıqları xallar hesabına böyük üstünlüklər əldə edir, “Nar Mobile” tərəfdaşı olan hava yolu şirkətləri və otellər şəbəkəsi tərəfindən pulsuz aviabilet və ya otellə təmin edilirlər.

Daha ətraflı məlumatı mobil operatorun İnternet səhifəsindən əldə edə bilərsiniz:

https://www.narmobile.az/az/pages/default/pageName=selected_roaming_menu&id=628/

Qeyd edək ki, “Nar Mobile” 2015-ci ildə Bakıda keçiriləcək I Avropa oyunlarının rəsmi mobil rabitə təminatçısıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR