İnsan alverində təqsirləndirilən şəxsə hökm oxunub

İnsan alverində təqsirləndirilən şəxsə hökm oxunub
# 31 iyul 2014 14:18 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən Qafur Bağırovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, Q. Bağırov 4 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində gəlir əldə etmək məqsədi ilə qadınları Dubay Əmirliyinə aparıb cinsi istismara məruz qoyan Qafur Bağırov saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR