Albaniyanın paytaxtı Tiranada Baş nazir Edi Ramanın iqamətgahı yaxınlığında hökumət əleyhinə etirazçılarla polis arasında toqquşma baş verib.
APA xəbər verir ki, bu barədə ATA agentliyi məlumat yayıb.
Etirazçılar polisə molotof kokteyli və daşlar atıb, polis isə su şırnaqlarından istifadə edib.
Qeyd edək ki, Tiranada gərginlik oktyabrın 13-də tələbə etirazlarından sonra artıb. Ölkədə Adriatik sahilindəki Vyoza-Narta qoruq ərazisində kurort tikintisi layihəsinə qarşı 130 gündən çoxdur etiraz aksiyaları keçirilir.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerə məxsus “Affinity Partners” şirkəti qoruq ərazisini kurorta çevirmək istəyir.
Layihə ilə bağlı mümkün qanun pozuntularını Albaniyanın Xüsusi Antikorrupsiya Prokurorluğu araşdırır.