Ombudsman Kəlbəcərdə ermənilərin girov götürdüyü Dilqəm Əsgərov və Şahbaz Quliyevin ailə üzvləri ilə görüşüb

Ombudsman Kəlbəcərdə ermənilərin girov götürdüyü Dilqəm Əsgərov və Şahbaz Quliyevin ailə üzvləri ilə görüşüb
# 01 aprel 2015 15:41 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova Kəlbəcərdə ermənilərin girov götürdüyü Dilqəm Əsgərov və Şahbaz Quliyevin ailə üzvləri ilə görüşüb.

Bu barədə APA-ya məlumat verən Ombudsman Aparatının mətbuat xidmətinin rəhbəri Zemfira Məhərrəmli bildirib ki, Müvəkkil girovların ailələrinin problemləri ilə tanış olub.

E.Süleymanova ötən ilin iyulunda valideynlərinin məzarlarını ziyarət etmək məqsədilə öz ata-baba yurduna gedərkən girov götürülən D.Əsgərov və Ş.Quliyevin məsələsini ilk vaxtdan diqqətdə saxladığını onların ailə üzvlərinə bildirib: “Elmira xanım Dilqəm Əsgərov və Şahbazn Quliyevin girovluqda olduqları müddətdə işgəncəyə məruz qalmaması üçün, onlarla beynəlxalq hüquqi normalara uyğun davranışın təmin edilməsində yardımçı olmaq üçün Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXÇ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Denis Durana müraciət etdiyini vurğulayıb”.

Ombudsman ötən ay Cenevrədə BQXK-nin vitse-prezidenti Kristina Börli ilə görüşdə zamanı Kəlbəcər girovlarının tez bir zamanda qaytarılması məsələsini qaldırdığını da diqqətə çatdırıb.

Girovların ailə üzvləri bu məsələyə obyektiv baxılması üçün Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etdiklərini, bu məsələdə Ombudsmanın onlara dəstək verməsini xahiş ediblər.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR