SOCAR Türkiyədə tikdirdiyi təhsil ocaqlarına çəkilən xərclərin həcmini açıqlayıb

SOCAR Türkiyədə tikdirdiyi təhsil ocaqlarına çəkilən xərclərin həcmini açıqlayıb
# 09 iyul 2015 14:16 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədə törəmə şirkəti olan "SOCAR Turkey Energy" Qars, Ceyhan və Əliağada tikdirdiyi liseylərə çəkilən xərcləri açıqlayıb.

"APA-Economics"in xəbərinə görə, törəmə şirkətin rəhbəri Kənan Yavuz öz "Twitter" hesabında yazıb ki, SOCAR adıçəkilən şəhərlərdə "Heydar Aliyev Teknik Meslek Liseleri"in tikintisinə 40 mln. ABŞ dolları xərcləyib.

K. Yavuz bildirib ki, "Kars Meslek Lisesi"nə 18 mln. dollar, Əliağadakı Texniki liseyə 10 mln. dollar, Ceyhandakı "Petkim İlköğretim Lisesi"nə 12 mln. dollar xərclənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR