Bank Of Baku

Lisey və gimnaziyaların I sinfinə qəbulun seçim meyarları vahid qaydada aparılacaq

Lisey və gimnaziyaların I sinfinə qəbulun seçim meyarları vahid qaydada aparılacaq
# 07 iyun 2018 10:00 (UTC +04:00)

"Lisey və gimnaziyaların I sinfinə qəbulun seçim meyarlarının vahid qaydada aparılması planlaşdırılır".

 

APA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib.

 

O bildirib ki, bəzi liseylərin I sinfinə qəbul 30, digər liseylərin I sinfinə qəbul 50 bal əsasında aparılır: "Bundan əlavə, bəzi liseylər 2-3 mərhələli müsabiqələr keçirir. Liseylərin I sinfinə qəbul üçün müxtəlif seçim meyarları mövcuddur. Lakin bizim məqsədimiz odur ki, bütün liseylərin I sinfinə şagird qəbulu vahid meyarlarda aparılsın. Bu istiqamətdə işlər aparılır. Gələn ildən liseylərin I sinfinə şagird qəbulu birmənalı olaraq vahid meyarlarda aparılacaq".

 

Şöbə müdiri qeyd edib ki, Təhsil Nazirliyi sisteminə daxil olan liseylərin I sinfinə şagird qəbulu hələ 2 il əvvəl mərkəzləşmiş qaydada aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR