Milli Preventiv Qrupun üzvləri Lənkəran RPŞ-nin saxlanma yerində olublar

Milli Preventiv Qrupun üzvləri Lənkəran RPŞ-nin saxlanma yerində olublar
# 18 avqust 2015 13:07 (UTC +04:00)

Bakı-APA İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Lənkəran Rayon Polis Şöbəsinin (RPŞ) müvəqqəti saxlama yerinə (MSY) əvvəlcədən xəbərdarlıq etmədən planlı başçəkmə həyata keçiriblər.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, başçəkmədə məqsəd saxlanılma şəraitinin və rəftarın araşdırılması, Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında Azərbaycan Respublikasının Qanununa və Müvəqqəti saxlama yerlərinin daxili intizam Qaydalarına müvafiq şəkildə saxlanılan şəxslərin hüquqlarının təmin olunması vəziyyətinin, o cümlədən sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.

Başçəkmə zamanı MPQ üzvləri tərəfindən həmin müəssisədə saxlanılan 18 nəfər şəxs fərdi qaydada qəbul edilmiş, onlarla təkbətək söhbətlər aparılıb.

MSY-də saxlanılan şəxslər şəraitdən və rəftardan narazılıq etməyib, onlara hüquqları və Ombudsmanın səlahiyyətləri izah olunub, hüquqi məsləhətlər verilib. Habelə müəssisədə saxlanılma şəraitinin daha da yaxşılaşdırılması istiqamətində işlərin aparıldığı müşahidə olunub.

Həmin müəssisənin rəhbərliyinə müvafiq qanunvericiliyə, o cümlədən Müvəqqəti saxlama yerlərinin daxili intizam Qaydalarına müvafiq şəkildə sənədləşmənin təkmilləşdirilməsi və çatışmazlıqların aradan qaldırılması ilə bağlı müvafiq tövsiyələr verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR