Bakıda iki nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib - FOTOSESSİYA - VİDEO

Bakıda iki nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 17 aprel 2015 04:23 (UTC +04:00)

APA TV-nin məlumatına görə, hadisə Zabrat-Maştağa yolunda qeydə alınıb. İçində 4 nəfərin olduğu yüksək sürətlə hərəkətdə olan "Mercedes" markalı avtomobilin sürücüsü idarəetməni itirərək maşını yol kənarındakı hasara çırpıb.

Divara çırpılan avtomobil daha sonra 2 yeniyetməni vurub. Onların hər ikisi elə hadisə yerində dünyasını dəyişib. Maşında olan 15 yaşlı Kənan Hüseynov və 13 yaşlı Aftandil Vahidov isə, ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına çatdırılıblar. Yaralılar dərhal əməliyyat olunublar.

Xəstəxanadan verilən məlumata görə, onların vəziyyəti ağırdır. Qəza törədən sürücü 14-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR