Şamaxı “Ədəbiyyat Paytaxtı”, Qax “Milli Mətbəx Paytaxtı” elan edilib

Şamaxı “Ədəbiyyat Paytaxtı”, Qax “Milli Mətbəx Paytaxtı” elan edilib
# 25 fevral 2015 15:22 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Şamaxı şəhəri 2015-ci il üçün “Azərbaycanın Ədəbiyyat Paytaxtı”, Qax şəhəri isə “Azərbaycanın Milli Mətbəx Paytaxtı” elan edilib.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimai əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Azərbaycanın qeyri-maddi mədəni irsinin təbliği və təşviqi məqsədilə nazirlik tərəfindən həyata keçirilən “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” proqramının bölgələrə verdiyi müsbət töhfələri nəzərə alaraq görülən işlərin yeni formada davam etdirilməsi məqsədilə yeni "Xalq Yaradıcılığı Paytaxtları" proqramı təsdiq olunub.

Martın 4-də Azərbaycan Xalça Muzeyində 2015-ci il üçün “Azərbaycanın Xalq Yaradıcılığı Paytaxtları”nın təqdimat mərasimi keçiriləcək.

Şamaxı və Qax rayonlarında il ərzində nominasiyalara uyğun olaraq təntənəli mərasimlərin, respublika və beynəlxalq səviyyəli elmi-praktiki konfrans, dəyirmi masa, konsert, müsabiqə, festival, sərgi, yarmarka, infotur və sair tədbirlərin təşkili nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR