Litvanın xarici işlər, müdafiə və nəqliyyat nazirləri Azərbaycana səfər edəcək

Litvanın xarici işlər, müdafiə və nəqliyyat nazirləri Azərbaycana səfər edəcək
# 04 oktyabr 2014 11:04 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə məlumat verib.

Diplomat bildirib ki, oktyabrın 8-10-da Litva müdafiə naziri İozas Olekas Azərbaycanda səfərdə olacaq. Oktyabrın 15-16-da nəqliyyat naziri Rimantis Sinkyaviçus Azərbaycana gələcək. Oktyabrın 21-də isə Litva xarici işlər naziri Linas Linkyaviçus Azərbaycana səfər edəcək.

Səfir vurğulayıb ki, intensiv həyata keçirilən qarşılıqlı səfərlər ikitərəfli münasibətlərin yüksək səviyyəsində olduğunu göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR