"Akkord" daha bir tikinti şirkəti yaradıb

"Akkord" daha bir tikinti şirkəti yaradıb
# 03 iyul 2015 12:00 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. "Akkord Sənaye-Tikinti İnvestisiya Korporasiyası" ASC-də 2014-cü ildən start götürən ayrı-ayrı şirkətlərə bölünmə prosesi davam edir. Bu dəfə körpülərin və tunellərin inşası üzrə departament müstəqil şirkətə çevrilib.

Vergilər Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, “Körpü Tunel Tikinti” MMC dövlət qeydiyyatından keçib.

Körpülərin və tunellərin inşası üzrə departamentin keçmiş direktoru Aslan İsmayılov yeni şirkətə direktor təyin edilib.

“Körpü Tunel Tikinti” MMC-nin nizamnamə kapitalı 10,6 mln. manat həcmində dəyərləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR