Ucarda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib

Ucarda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib
# 31 may 2015 11:03 (UTC +04:00)

Ucar. Zahid Abışov-APA. Ucarda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.

21 yaşlı Sahil Muradov idarə etdiyi 57-BN-154 dövlət nömrə nişanlı “QAZ 3009 D6” markalı yük maşını ilə yolu keçmək istəyən, rayonun Təzə Şilyan kənd sakini 15 yaşlı İsrailov Mahir Yolçu oğlunu vurub. M. İsrailov aldığı xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR