Irəvanda etiraz aksiyası davam edir

Irəvanda etiraz aksiyası davam edir
# 26 iyun 2015 23:07 (UTC +04:00)

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, etirazçılar hökumətin “Ermənistan Elektrik Şəbəkələri” şirkətində yoxlama keçirilməsinə dair qərarını gecikmiş hesab ediblər.

“Biz qərarın ləğvini tələb edirik. Qoy hökumət yaxşı düşünsün –tariflərinin artırılmasına dair qərar ləğv olunmayanadək biz buranı tərk etməyəcəyik”, deyə Baqramyan prospektində keçirilən aksiyanın fəalları bildirib.

Etirazçılar, həmçinin, iyunun 23-də nümayişi zorla dağıdan mülki geyimli polis əməkdaşlarının məsuliyyətə cəlb edilməsini tələb edirlər.

Xatırladaq ki, İrəvanda iyunun 19-dan başlayan etirazlar davam etməkdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR