Məhkəmə zavodun nazirliyə qarşı iddiasını təmin edib

Məhkəmə zavodun nazirliyə qarşı iddiasını təmin edib
# 06 oktyabr 2015 12:07 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Neft Qaz Mədən Avadanlığı Zavodu” Törəmə Açıq Səhmdar Cəmiyyətini (ASC) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi xidmətini məhkəməyə verib.

APA-nın məlumatına görə, xidmət zavoda inzibati tənbeh verilməsi və 1500 manat məbləğində cərimə olunması barədə qərar verib. Bundan narazı qalan zavod isə qərarın ləğv olunması barədə iddia tələbi ilə Suraxanı rayon Məhkəməsinə müraciət edib. Məhkəmə iddianı təmin edib. Həmin qərardan isə xidmət apellyasiya şikayəti verib. Hazırda şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR