Olland Putin və Obama ilə terrorizmlə mübarizədə səylərin birləşdirilməsini müzakirə edəcək

Olland Putin və Obama ilə terrorizmlə mübarizədə səylərin birləşdirilməsini müzakirə edəcək
# 20 noyabr 2015 04:55 (UTC +04:00)

Bakı-APA. Fransa prezidenti Fransua Olland Rusiya və ABŞ-a gələn həftə nəzərdə tutulan səfəri zamanı terrorizmlə mübarizədə səylərin birləşdirilməsini müzakirə edəcək. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Fransanın Moskvadakı səfiri Jan-Moris Riper “Kommersant” nəşrində dərc etdiyi məqalədə qeyd edib.

“Fransa prezidenti yaxın günlərdə Vaşinqtona, sonra isə Moskvaya səfər edəcəyini bildirib. O, Barak Obama və Vladimir Putinlə görüşərək səylərin birləşdirilməsi məsələsini müzakirə edəcək”, deyə səfir bildirib.

Riper Fransanın regionun bütün ölkələri ilə - İraq, İordaniya, Livan, İran, Türkiyə, Səudiyyə Ərəbistanı, Fars körfəzi ölkələri ilə dialoq apardığını qeyd edib: “Danışıqlar Fransanın Aİ-dəki tərəfdaşlar və müttəfiqlərlə sıx əlaqələndirilmə şəraitində aparılır”, deyə səfir vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR