Rusiya istehsalı olan “İnfauna” radiokəşfiyyat komplekslərinin ilk partiyası Ermənistana gətirilib

Rusiya istehsalı olan “İnfauna”  radiokəşfiyyat komplekslərinin ilk partiyası Ermənistana gətirilib
# 27 may 2015 12:05 (UTC +04:00)

APA-nın “Armenia Today”a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Bildirilir ki, çoxfunksiyalı komplekslər Rusiya ordusunun Gümrüdəki radioelektron mübarizə bölmələrinin ixtiyarına veriləcək.

“İnfauna” komplekslərindən ilk dəfə bu ilin yayında keçirilməsi planlaşdırılan batalyon və baza taktiki təlimlərdə istifadə olunacaq.

Qeyd edək ki, təlimlər iyunda yüksək dağlıq ərazidə - Kamxudda yerləşən təlim-tədris mərkəzində keçiriləcək. BTR-80 üzərində quraşdırılacaq “İnfauna” komplekslərinin növbəti partiyası Ermənistana ilin sonunadək gətiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR