“Meqa Sığorta" nizamnamə kapitalını artırır

“Meqa Sığorta" nizamnamə kapitalını artırır
# 30 aprel 2015 08:25 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) “Meqa Sığorta" açıq səhmdar cəmiyyətinin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan “APA-Economics”ə verilən məlumata görə, kütləvi təklif üsulu ilə yerləşdirilən səhmlərin hər birinin nominal dəyəri 5000 manat, sayı 500 ədəd, emissiyanın ümumi həcmi isə 2 500 000 manat təşkil edir.

Yerləşdirmə nəticəsində şirkətin nizamnamə kapitalı 21% artaraq 14,5 mln. manata çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR