Türk Şurasının baş katibi ATƏT-in baş katibi ilə görüşüb

Türk Şurasının baş katibi ATƏT-in baş katibi ilə görüşüb
# 22 iyul 2015 00:27 (UTC +04:00)

APA-nın Türkiyə bürosunun xəbərinə görə, bu barədə Türk Şurasının İstanbuldakı mərkəzi qərargahı məlumat verib.

Görüşdə iki qurum arasında müştərək mənafelərə söykənən kriteriyalar təməlində geniş çərçivəli əməkdaşlıq perspektivləri müzakirə edilib. Baş katiblər, iki qurum arasındakı iqtisadi və sosial-mədəni sahələrdəki əlaqələrin inkişafının, təmsil etdikləri bölgədə sülh və əmin-amanlığa xidmət edəcəyini vurğulayıb. Bundan başqa, hər iki qurumun fəaliyyət sahəsinə daxil olan məsələlər ətrafında daha sıx əməkdaşlıq etmək qərarlaşdırılıb.

Türk Şurasının baş katibi Ramil Həsənov, ATƏT-in əsas fəaliyyət proqramı olan Helsinki Yekun Sənədinin imzalanmasının 40-cı ili münasibətilə baş katib Lamberto Zannieri təbrik edib. Görüşdə Türk Şurasının layihə direktoru Pelin Musabay Baki və protokol müdiri Əmrə Yurdaqul da iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR