Lənkəranda iki “Mercedes” toqquşub, sürücülər xəsarət alıb

Lənkəranda iki “Mercedes” toqquşub, sürücülər xəsarət alıb
# 13 iyul 2016 13:31 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, bu gün saat 15.00 radələrində Lənkəran-Boradigah şosesinin Vilvan kəndi ərazisindən keçən hissəsində Cil kənd sakininin idarə etdiyi “Mercedes” markalı, 10 CE 045 dövlət nömrə nişanlı minik avtomobili rayonun Vilvan kənd sakininin idarə etdiyi eyni markalı, 99 FL 542 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub. Zərbə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan hər iki avtomobilin sürücüsü Lənkəran Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Hadisə zamanı avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR