"Brexit" nefti ucuzlaşdırmaqda davam edir

"Brexit" nefti ucuzlaşdırmaqda davam edir
# 27 iyun 2016 07:15 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Dünya bazarında neftin ucuzlaşması davam edir.

"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,23 dollar azalaraq 47,41 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,08 dollar azalaraq 48,33 dollar olub.

Qeyd edək ki, neftin ucuzlaşmasına təsir edən əsas amil Böyük Britaniyanın Avropa İttifaqından çıxmasıdır ("Brexit").

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR