Kanada ticarət missiyası Azərbaycanda səfərdə olub

Kanada ticarət missiyası Azərbaycanda səfərdə olub
# 27 sentyabr 2014 13:24 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Kanada şirkətlərinin nümayəndələrindən ibarət ticarət missiyası Azərbaycanda səfərdə olub.

Bu barədə APA - ya nümayəndə heyətindən məlumat verilib.

Kanada-Avrasiya-Rusiya Biznes Assosiasiyasının (CERBA) təşkilatçılığı ilə baş tutan səfər çərçivəsində iki ölkə şirkətləri nümayəndələrinin görüşü olub. Həmçinin bir sıra qurumların təmsilçiləri ilə görüşlər keçirilib.

Ticarət missiyasında Kanadanın neft-qaz, təbii ehtiyatlar, mühəndislik, inşaat, İT, mühərrik istehsalı, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən CAE, «Opsens», «Geoptics», «Ezeflow», «Knowledge Exchange International Centre», «SAGE Energy», «SNC-Lavalin», «Sprung Instant Structures», «Technology Links», «Sparrow Electronics», «Canpetrus» və «Golder» şirkətləri təmsil olunub.

Kanada ticarət missiyası Bakıdan Qazaxıstanın Almatı şəhərinə yola düşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR