"Bank of Baku" "Bolkartla bayramınız 2-qat sevincli olsun!" kampaniyasını elan edib - FOTO

"Bank of Baku" "Bolkartla bayramınız 2-qat sevincli olsun!" kampaniyasını elan edib - <span style="color: red;">FOTO
# 06 mart 2015 07:09 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə "Bank of Baku" "Bolkart" sahibləri üçün “Bolkartla bayramınız 2-qat sevincli olsun!" kampaniyasını elan edir.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, mart ayının 7-dən 9-dək "Bolkart" sahibləri kartları ilə 3 və 6 aylıq ödəmə müddəti olan mağazalarda hər hansı məhsulu alıb, onun dəyərini 8 ayadək ödəmək imkanı qazanır.

Beləliklə, "Bolkart" sahibi 3 və 6 ay ödənişli mağazada cari il 7 - 9 Mart tarixlərində alış-veriş edəcəyi təqdirdə əlavə 2 ay hədiyyə qazanaraq, məhsulun dəyərini uyğun olaraq 5 və 8 aya bölüb ödəmək imkanını əldə edəcək.

"Bolkart"ın keçərli olduğu mağaza və ticarət mərkəzlərinin siyahısı və ödəmə müddətləri ilə burada tanış ola bilərsiniz: http://www.bolkart.az/?/az/stores/

Hazırda yüz minlərlə Azərbaycan vətəndaşı "Bolkart"dan gündəlik istifadə edib, kartın müxtəlif üstünlüklərindən bəhrələnir.

"Bolkart"ın onlayn sifarişi: http://bolkart.az/#openorder

Ətraflı məlumat: www.facebook.com/Bolkart

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR