Azərbaycan Avropa Komissiyasının qrantı ilə həyata keçirilən Energetika Sahəsində İslahatlara Dəstək Proqramının müddətini uzadıb

Azərbaycan Avropa Komissiyasının qrantı ilə həyata keçirilən Energetika Sahəsində İslahatlara Dəstək Proqramının müddətini uzadıb
# 11 noyabr 2015 06:09 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Nazirlər Kabineti “Avropa Komissiyasının Azərbaycan Respublikasına Energetika Sahəsində İslahatlara Dəstək Proqramı ilə bağlı ayırdığı 13 mln. avro məbləğində qrant vəsaitinin Proqramın məqsədlərinə istifadəsi üzrə Tədbirlər Planı”nda dəyişikliklər edib.

APA-nın məlumatına görə, dəyişikliyə əsasən “Energetika sahəsində İslahatlara Dəstək Proqramı”nın həyata keçirilməsinə dəstək layihəsinin 2010-2014-cü illər üçün nəzərdə tutulan icra müddəti 2 il uzadılıb, 2010-2016-cı illəri əhatə edəcək.

Bu layihənin komponentlərinə , Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən enerji sektorunda hərtərəfli və kompleks inkişaf strategiyasının hazırlanması, alternativ və bərpa olunan enerji mənbələri (ABOEM) və enerjidən səmərəli istifadə (ESİ) üzrə tədbirlər planlarının hazırlanması və icrası, energetika sahəsində Müstəqil Tənzimləyici Agentliyin yaradılmasının texniki-iqtisadi əsaslandırılmasının hazırlanması, ABOEM və ESİ sahələrində qanunvericiliyin təkmilləşdirilməsi və onun Avropa İttifaqının qanunvericiliyinə uyğunlaşdırılması, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin fəaliyyətinə dəstək, müvafiq avadanlıq təchizatı və potensialın artırılması daxildir. Bu tədbirlər üçün layihə çərçivəsində 5,45 mln. avro nəzərdə tutulub.

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən 5 mln. avro büdcə hesabına ABOEM və ESİ üzrə pilot investisiya layihələrinin həyata keçirilməsi müddəti də dəyişdirilib. Layihənin icra müddəti 2013-2015-ci illəri deyil, 2015-2016-cı illəri əhatə edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR