“Bakı-2015” I Avropa Oyunlarının məşəli alovlandırılıb - YENİLƏNİB - FOTOSESSİYA - VİDEO

“Bakı-2015”  I Avropa Oyunlarının məşəli alovlandırılıb - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 26 aprel 2015 19:15 (UTC +04:00)

Bakı-APA. Bu gün Bakıda I Avropa Oyunlarının məşəli alovlandırılıb.

APA-nın xəbərinə görə, mərasimdə Azərbaycan prezidenti İlham Əliyev, xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, ailə üzvləri və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki iştirak ediblər.

Azərbaycan prezidenti İlham Əliyev və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki mərasimdə çıxış ediblər.

Prezident İlham Əliyev ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, birinci xanım Mehriban Əliyevanın və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin müşayiəti ilə Oyunların məşəlini alovlandırıb.

Dövlət başçısı məşəli “Bakı-2015” Avropa Oyunlarının ilk məşəlçisi, Olimpiya çempionu Rəfiqə Şabanovaya verib.

Qeyd edək ki, məşəl iyunun 6-na qədər Azərbaycanın 15 bölgəsindən keçəcək.

Estafetə 1000 nəfərdən çox məşəlçi cəlb olunub, hər regionda “Alov festivalı”nın keçirilməsi nəzərdə tutulub. Məşəl iyunun 8-də paytaxtdakı idman arenalarında, 9-da isə İçərişəhərdə gəzdiriləcək. İyunun 10-u məşəl proqramının son günü olacaq və Bakıya gətirilənədək təxminən 5500 kilometr məsafə qət edəcək. 660 millimetr hündürlüyü olan məşəlin gövdəsi “Bakı-2015” brendində yer alan nar ağacını xatırladır. Alovu qoruyan mis başlıq da nar formasındadır. Onun 50 çəyirdəyi Oyunlarda iştirak edən ölkələrin sayını təmsil edir.

Məşəl Oyunların açılış mərasimində Bakı Olimpiya Stadionuna gətiriləcək.

***

15:54

Bakı-APA. Bu gün “Bakı-2015” ilk Avropa Oyunlarının məşəli yandırılacaq.

APA-nın xəbərinə görə, tədbir Bakının Suraxanı qəsəbəsindəki “Atəşgah məbədi” Dövlət Tarix Memarlıq Qoruğunda təşkil olunacaq. Mərasimə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin də qatılacağı gözlənilir.

Məşəl yandırıldıqdan sonra tanınmış idmançıların müşayiəti ilə Azərbaycanın bütün regionlarından keçəcək. Regionlar üzrə ilk mərasim sabah Naxçıvandan başlayacaq.

Məşəl ümumilikdə 15 şəhərdən keçirilərək, iyunun 11-də Bakıya gətiriləcək və iyunun 12-də Bakı Olimpiya Stadionunda təşkil olunacaq açılış mərasimində alovlandırılacaq.

Qeyd edək ki, İlk Avropa Oyunlarının məşəl və çırağını “Sidney-2000”, “Afina-2004” Olimpiya Oyunları və “Doha-2006” Asiya Oyunlarının məşəlini tərtib edən şirkət hazırlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR