“Azerspace-1” peyki üzərindən yayımlanan yerli kanalların yayım tezlikləri dəyişilib

“Azerspace-1” peyki üzərindən yayımlanan yerli kanalların yayım tezlikləri dəyişilib
# 31 mart 2015 12:58 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Qafqazın ilk peyk operatoru olan “Azərkosmos” ASC tərəfindən idarə olunan “Azerspace-1” peyki üzərindən yayımlanan yerli TV kanalların yayım keyfiyyətinin artırılması məqsədi ilə yayım tezlikləri dəyişilib.

Bu barədə “APA-Economics”ə “Azərkosmos” ASC-dən məlumat verilib.

Bununla əlaqədar olaraq, 30 mart saat 03.00-da 11169 Mhz tezliyində yayımlanan AZTV, “Azad Azərbaycan”, “Xəzər”, “İctimai TV”, “Mədəniyyət”, “İdman Azərbaycan”, “İnterAz” kanalları yeni tezliyə keçirilib.

Qeyd edək ki, yeni tezliyin detalları 11169Mhz → 11175Mhz : S/R-27500 : FEC 5/6 : Pol –H kimidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR