Avroqrupun rəhbəri: “Ümidvaram ki, Yunanıstan kreditorlar qarşısında götürdüyü öhdəliklərə əməl edəcək”

Avroqrupun rəhbəri: “Ümidvaram ki, Yunanıstan kreditorlar qarşısında götürdüyü öhdəliklərə əməl edəcək”
# 20 avqust 2015 22:42 (UTC +04:00)

Bakı-APA. “Güman edirəm ki, baş nazir Aleksis Tsiprasın istefası Yunanıstanın beynəlxalq kreditorlar qarşısında götürdüyü öhdəliklərə təsir etməyəcək”.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, bunu Avroqrupun rəhbəri Yerun Deysselblum bəyan edib.

“Ümidvaram ki, Yunanıstan kreditorlar qarşısında götürdüyü öhdəliklərə əməl edəcək. Mən Yunanıstan parlamentini yeni islahat paketini dəstəkləməyə çağırıram. Əminəm ki, yeni seçkilər bu dəstəyi daha da artıracaq”, deyə Y. Deysselblum bildirib.

Qeyd edək ki, Yunanıstanın baş naziri Aleksis Tsipras istefaya getdiyini və ölkədə vaxtından əvvəl parlament seçkilərinin keçirilməsini bəyan edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR