Tovuzda mina partlaması nəticəsində 3 Azərbaycan hərbçisi xəsarət alıb - VİDEO

Tovuzda mina partlaması nəticəsində 3 Azərbaycan hərbçisi xəsarət alıb - <span style="color: red;">VİDEO
# 30 oktyabr 2015 17:50 (UTC +04:00)

Bakı-APA. Tovuz rayonu ərazisindəki qoşunların təmas xəttində mina partlaması nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 3 hərbi qulluqçusu xəsarət alıb.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, ilkin ehtimala əsasən partlayışa müharibə dövründən qalan partlayıcı səbəb olub.

Hərbi qulluqçulara ilkin tibbi yardım göstərildikdən sonra onlar yerli hərbi tibb müəssisəsinə çatdırılıblar. Xəsarət alanlar hazırda ixtisaslı həkim nəzarəti altındadır və həyati təhlükə yoxdur.

Hadisə ilə əlaqədar cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.

Müdafiə Nazirliyi cəbhədə baş verən hadisələrlə bağlı yalnız rəsmi məlumatlardan istifadə edilməsini kütləvi informasiya vasitələri nümayəndələrinə növbəti dəfə tövsiyə edir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR