"Azərsun Holdinq"in Duz Zavodundan oğurluq edilib

"Azərsun Holdinq"in Duz Zavodundan oğurluq edilib
# 17 aprel 2013 11:26 (UTC +04:00)

Bakı. Fuad Cəfərov -APA. Abşeron rayonunda duz zavodunda oğurluq edən şəxslər tutulub. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, aprelin 16-da Abşeron rayonu Masazır qəsəbəsinin ərazisindəki "Azərsun Holdinq" şirkətinə məxsus Duz Zavodunun ərazisindən hər birinin çəkisi 25 kiloqram olan 112 kisə duzu oğurlayıb Qalib Əzizova məxsus "QAZel" markalı avtomaşına yükləyərkən qəsəbə sakinləri Ağamehdi Əliyev, Bəylər Talıbov, Əliyoldaş Rəşidov, Xalid İmanverdiyev və Fuad Salamov Baş Mühafizə İdarəsi əməkdaşları tərəfindən saxlanılıb və Abşeron Rayon Polis Şöbəsinə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR