Azərbaycanın Avropa Qonşuluq Siyasəti çərçivəsində tərəqqi hesabatı dərc olunub

Azərbaycanın Avropa Qonşuluq Siyasəti çərçivəsində tərəqqi hesabatı dərc olunub
# 20 mart 2013 22:26 (UTC +04:00)

APA-nın məlumatına görə, hesabatda bildirilir ki, Azərbaycan müəyyən tərəqqiyə nail olsa da, demokratiya, seçki prosesi, insan haqlarının müdafiəsi, fundamental azadlıqlar və ədliyyə sisteminin müstəqilliyi məsələlərində irəliləyiş əldə olunması üçün səylərini artırmalı, diffamasiya qanununu qəbul etməli, AŞPA-nın qış sessiyasında qəbul olunmuş qətnaməni yerinə yetirməli, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupu çərçivəsində, “Madrid prinsipləri” əsasında həlli istiqamətində Ermənistanla birlikdə aktivliyini gücləndirməli, Avropa Birliyinin xüsusi nümayəndəsinin Dağlıq Qarabağa və ətraf ərazilərə səfərinə imkan yaratmalı, habelə münaqişənin həllində tərəqqiyə nail olunması və sülhyaratma səylərinə dəstək üçün lazımi mühitin yaranmasına çalışmalıdır.

Hesabatda Azərbaycandakı makroiqtisadi mühit müsbət qiymətləndirilir, bununla yanaşı, iqtisadi diversifikasiya yolunda korrupsiyanın əsas maneə olaraq qaldığı vurğulanır.

Qeyd olunur ki, Azərbaycan əvvəlki hesabatda əks olunan bəzi tövsiyələri yerinə yetirib. Ölkədə İnsan Haqları üzrə Fəaliyyət Planının həyata keçirilməsinə başlandığı, ədliyyə sahəsində islahatları davam etdirildiyi, evlərin sökülməsi və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində addımlar atıldığı xüsusi vurğulanıb.

Hesabatda Azərbaycanın çirkli pulların yuyulması və insan alveri ilə mübarizə sahəsində tərəqqiyə nail olduğu da qeyd edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR