Sentyabrda Azərbaycanda pul bazası artıb

Sentyabrda Azərbaycanda pul bazası artıb
# 02 noyabr 2015 07:37 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Sentyabr ayında Azərbaycanda pul bazası artıb.

Azərbaycan Mərkəzi Bankından (AMB) “APA-Economics”ə verilən məlumata görə, sentyabrda Azərbaycanda pul bazası 698,3 mln. manat artıb. Başqa sözlə, sentyabrda ölkədə pul bazası 10,99% artaraq 7 050,4 mln. manat olub.

Xatırladaq ki, avqust ayında pul bazası 6 352,1 mln. manat təşkil edib.

Ümumiyyətlə, son 1 ildə Azərbaycanda pul bazası 4 496,1 mln. manat və ya 38,94% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR