Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib
# 07 aprel 2015 21:56 (UTC +04:00)

Bakı-APA. Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib. APA-nın məlumatına görə, Azərbaycan Mərkəzi Seçki Komissiyasının qərarına əsasən, Qafar Vəli oğlu Quliyev 2 saylı Şərur, Tərlan Bayram oğlu Əhmədov 71 saylı Masallı kənd seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad ediliblər.

Elçin Vaqif oğlu Məmmədov 2 saylı Şərur, Nərgiz Zakir qızı Pənahova 102 saylı Samux-Şəmkir, Tərlan Cavanşir oğlu Piriyev 111 saylı Zaqatala-Balakən seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin ediliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR