Bakı - APA-Economics. "Microsoft" korporasiyası "Skype" sosial şəbəkəsində yaranan problemlərin nə zaman aradan qaldırılacağını bilmir.
"APA-Economics"in məlumatına görə, bu barədə korporasiyanın yaydığı bəyanatda deyilir.
Məlumatda deyilir: "Biz "Skype"dan istifadəyə mane olan nasazlığın aradan qaldırılması istiqamətində işləyirik. Lakin nasazlığın nə zaman aradan qaldırılacağı məlum deyil".
Qeyd edək ki, "Skype"ın istifadəsində problemlər dünya üzrə müşahidə olunur.