Azərbaycanda dövlət büdcəsi vəsaiti hesabına tikinti işlərinin aparılması üzrə smeta dəyərinin müəyyənləşdirilməsini həyata keçirəcək orqan müəyyənləşib

Azərbaycanda dövlət büdcəsi vəsaiti hesabına tikinti işlərinin aparılması üzrə smeta dəyərinin müəyyənləşdirilməsini həyata keçirəcək orqan müəyyənləşib
# 21 may 2015 04:47 (UTC +04:00)

APA-nın məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 noyabr tarixli fərmanı ilə “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın təsdiq edilib və fərmana əsasən Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını təmin etməli idi.

Bununla əlaqədar Nazirlər Kabineti “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti sahəsində dövlət nəzarətinin mərhələlərlə həyata keçirilməsi Qaydaları”nın “Dövlət büdcəsi vəsaiti hesabına tikinti işlərinin aparılması üzrə smeta dəyərinin müəyyənləşdirilməsi” ilə əlaqədar hissə istisna olmaqla, bu Qaydanı ləğv edib. Bununla da Azərbaycanda dövlət büdcəsi vəsaiti hesabına tikinti işlərinin aparılması üzrə smeta dəyərinin müəyyənləşdirilməsini həyata keçirəcək orqan müəyyənləşib. “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti sahəsində dövlət nəzarətinin mərhələlərlə həyata keçirilməsi Qaydaları”nın qüvvədə qalan “Dövlət büdcəsi vəsaiti hesabına tikinti işlərinin aparılması üzrə smeta dəyərinin müəyyənləşdirilməsi” hissəsinə əsasən tikintinin bazis qiymətləri səviyyəsindəki dəyəri qüvvədə olan smeta norma və qiymətlərindən istifadə etməklə müəyyən edilir. Tikintinin bazis smeta sənədlərinin düzgünlüyü barədə Dövlət Ekspertiza İdarəsinin müsbət rəyi alındıqdan sonra tikintilərin cari qiymətlər səviyyəsində müqavilə dəyərinin düzgünlüyü Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikintidə Qiymətqoyma Mərkəzi tərəfindən müəyyən edilir. Tikintilərin cari qiymətlər səviyyəsində müqavilə qiymətlərinin müəyyən edilməsi və müvafiq rəy verilməsi üçün Agentliyin Tikintidə Qiymətqoyma Mərkəzinə tikintinin bazis smeta sənədlərinin düzgünlüyü barədə dövlət ekspertizası orqanlarının müsbət rəyi, müvafiq metodiki göstərişlər əsasında tərtib edilmiş hesabatlar, inşaat materiallarının sifarişçi və podratçı tikinti təşkilatları arasında razılaşdırılmış faktiki dəyərləri (ƏDV-siz) haqqında məlumatlar və podratçı tikinti təşkilatı üzrə ötən il üçün əsas fəhlələrin bir nəfərinə düşən orta aylıq əməkhaqqı barədə arayış təqdim edilməlidir. Bu sənədlər əsasında obyektin cari qiymətlər səviyyəsində investor smeta dəyəri qüvvədə olan norma və qaydaların tələblərinə uyğun olaraq yoxlanılır. Hesabatlar müvafiq normativ hüquqi aktlara əsaslanmalı və müvafiq metodiki göstərişlərin tələblərinə cavab verməlidir. Təqdim edilən sənədlərdə səhv və uyğunsuzluq aşkar edildikdə, həmin sənədlər düzəlişlər edilməsi üçün geri qaytarılır. Səhv və uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra tikinti işlərinin müqavilə qiymətlərinin düzgün formalaşması haqqında rəy verilməsi üçün sənədlər yenidən Agentliyin Tikintidə Qiymətqoyma Mərkəzinə təqdim edilir.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 noyabr tarixli fərmanı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”na əsasən Azərbaycanda tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi səlahiyyətləri Fövqəladə Hallar Nazirliyi tərəfindən nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi vasitəsilə həyata keçirilir. Mülkiyyət formasından və təyinatından asılı olmayaraq, tikintisinə icazə tələb olunan obyektin tikintisinin bütün mərhələlərində aparılan tikinti-quraşdırma işlərinə və barəsində məlumatlandırma icraatının tətbiq olunduğu obyektin tikintisinə Agentlik və Müfəttişlik tərəfindən dövlət nəzarəti həyata keçirilir. Barəsində məlumatlandırma icraatının tətbiq olunduğu mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisinə dövlət nəzarəti yalnız həmin tikinti obyektinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinə uyğun tikilməsi istiqamətində həyata keçirilir. Dövlət nəzarətini həyata keçirən vəzifəli şəxs tərəfindən tikintiyə dövlət nəzarəti həyata keçirilərkən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən, yəni 1 yanvar 2013-cü ildən sonra başlanılmış və tikinti mərhələsində olan hər hansı tikinti-quraşdırma işlərinin aparılması aşkar edildikdə, həmin obyektin sökülməsi barədə Agentlik tərəfindən qərar qəbul edilir. Tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyektinin belə icazə alınmadan tikildiyi, habelə barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektləri ilə bağlı tələblərinə riayət edilmədən yaşayış evinin tikildiyi müəyyən edildikdə, həmin tikinti obyektlərində tikinti-quraşdırma işlərinin dayandırılması barədə Agentlik qərar qəbul edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR