Bakıda avtoxuliqanlıqla məşğul olan şəxs barəsində tədbir görülüb

Bakıda avtoxuliqanlıqla məşğul olan şəxs barəsində tədbir görülüb
# 10 aprel 2015 08:53 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda avtoxuliqanlıq edən şəxs sürücülük hüququndan məhrum edilib.

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Ceyhun İslam oğlu Səlimov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə martın 16-da avtoxuliqanlıq hərəkətləri etdiyinə görə saxlanılıb. Onun barəsində toplanmış material Nizami rayon Məhkəməsinə göndərilib. Məhkəmənin 08 aprel tarixli qərarına əsasən, sürücü İnzibati Xətalar Məcəlləsinin 296-1.1 maddəsi ilə təqsirli bilinərək bir il müddətində nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib. Eyni zamanda ona 500 manat cərimə inzibati tənbehi tətbiq edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR