Salyan sakinindən 14 kiloqramdan çox narkotik vasitə götürülüb

 Salyan sakinindən 14 kiloqramdan çox narkotik vasitə götürülüb
# 22 avqust 2015 13:22 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Cəlilabad rayonunda narkotik vasitə satmaq istəyən şəxs tutulub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş Narkotiklə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan şəhər sakini Tərlan Bayramov 14 kiloqram 300 qram marixuananı Cəlilabad rayonunda satarkən tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR