"Symantec": "Android" üçün nəzərdə tutulan tətbiq informasiyanı oğurlayaraq Azərbaycana ötürür

"Symantec": "Android" üçün nəzərdə tutulan tətbiq informasiyanı oğurlayaraq Azərbaycana ötürür
# 29 iyul 2016 07:33 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. "Android" əməliyyat sistemi üçün nəzərdə tutulmuş tətbiqlərdən (application) biri qurğulardan (gadget) foto və videoları oğurlayır. "APA-Economics" xəbər verir ki, oğurluq faktlarını "Symantec" şirkətinin mütəxəssisləri aşkarlayıb.

Oğurluğu aşkarladıqdan sonra mütəxəssislər dərhal bu barədə "Google" şirkətini xəbərdar edib. Bunun ardınca "Google" tətbiqi internet mağazadan silib. İlkin məlumata görə, tətbiq təxminən 60 min dəfə yüklənib. Yükləndikdən sonra o qurğu sahibinin şəxsi məlumatlarına çıxış imkanı əldə edib.

"Symantec"in mütəxəssisləri iddia edir ki, oğurlanan informasiyalar avtomatik olaraq www.proqnoz.info saytının serverinə yüklənir. Mütəxəssislər bildirir ki, bu saytın serveri Azərbaycanda yerləşir.

Maraqlıdır ki, tətbiqin adı açıqlanmır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR